Prezidentin müəllimlər qarşısına qoyduğu əsas məsələ layiqli vətəndaş yetişdirməkdir - ŞƏRH ÖZƏL

17 Sentyabr 2020 16:09 (UTC+04:00)

"Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində ölkəmizdə təhsilin inkişafı və qarşıda duran məsələlərdən danışıb. Həqiqətən də bu gün təhsilimizin inkişaf binasının yenidən qurulması, tədrisin müasir səviyyəyə gətirilməsi dövlət siyasətininin təməlində dayanır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.Onun sözlərinə görə, pandemiya ilə əlaqədar təhsildə də müəyyən mədudiyyətlər tətbiq olunmasına baxmayaraq yeni formatda tədrisin fasiləsizliyi təmin olunur: "Dövlətin əsas diqqəti pandemiyaya qarşı mübarizəyə cəlb olunmasına baxmayaraq bu il 147 yeni məktəb binası tikilərək istifadəyə verilib. Hər il olduğu kimi Heydər Əliyev Fondu da bu prosesdə yaxından iştirak edir və yeniləşən Azərbaycana yeni məktəb şüarına sadiqliyini nümayiş etdirərək ancaq bu il 45 məktəb binası yenidən tikililərək istifadəyə verilib. Dövlətin əsas məqsədi iqtisadi gücünü insan kapitalına çevirmək və təhsili ölkənin inkişaf strategiyasının öncül istiqaməti müəyyən olunmasıdır. Ölkə başçısının qeyd etdiyi kimi ölkələrin inkişaf səviyyəsi onun təhsilin inkişafı ilə ölçülür. Məhz təhsilə olan dövlət qayğısının göstəricisidir ki, son illər müəllimlik peşəsini seçənlərin sayı çoxalıb.A.Badamov vurğulayıb ki, Prezidentin Bilik Günündə təhsil alanların və təhsil verənlərin qarşısına qoyduğu əsas məsələ layiqli vətəndaşların yetişdirlməsi ilə bağlıdır: "Prezident qeyd edir ki, gənclərimiz gələcəkdə ölkəmizi layiqincə təmsil etmək üçün bilikli, savadlı olmalıdırlar. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaq. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər. Cənab Prezidentin müraciətində qeyd olunan məsələlər hər bir təhsil müəsisəsi üçün iş planı olmalıdır".

sia.az