Ermənistan yenidən bəzi itkilərini etiraf edib

12 Oktyabr 2020 13:37 (UTC+04:00)

Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı nəticəsində sarsıdıcı zərbələrə məruz qalan işğalçı Ermənistan bəzi itkilərini etiraf edib.SİA xəbər verir ki, Ermənistan müdafiə nazirliyi daha 25 hərbi qulluqçunun öldüyünü açıqlayıb. Bununla düşmən tərəfin elan etdiyi ölü sayı 438-ə çatıb.Real faktlar isə göstərir ki, Ermənistan tərəfinin itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Döyüşlərdə ağır məğlubiyyətlə üzləşən işğalçı ölkə ölən hərbçilərin sayını mümkün qədər gizlətməyə çalışır.

sia.az