İşğaldan azad edilmiş Laçın şəhərinin videogörüntüləri yayılib

3 Dekabr 2020 12:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın şəhərindən çəkilmiş videogörüntüləri paylaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.
Xatırladaq ki, Laçın şəhəri 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan Bəyannaməyə əsasən, Laçın rayonu dekabrın 1-də azad olunub.

yap.org.az