Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

4 Dekabr 2020 15:03 (UTC+04:00)

Dekabrın 4-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Anım mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi yad edilib.
Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi, yepiskop Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub.
Vladimir Fekete bildirib ki, bu kədərli, eyni zamanda, əzəmətli gündə müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə yad edirlər.

yap.org.az