YAP Qusar rayon təşkilatı "Şəhid ailələrinə qayğı " aksiyası çərçivəsində görüşlərini davam etdirir

17 Fevral 2021 12:57 (UTC+04:00)

YAP Qusar rayon təşkilatı "Şəhid ailələrinə qayğı " aksiyası çərçivəsində şəhid ailələrini ziyarət olunmasını davam etdirir.

Təşkilatın nümayəndələrinin şəhid ailələrinin üzvləri ilə növbəti görüşi rayonun Düztahir və Böyük Muruq kəndlərində olub. Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış İbrahimov Tofik Polad oğlu və Həsənov Afik Namik oğlunun məzarları ziyarət edilib.
Təşkilatın nümayəndələri şəhid ailələrinin qayğıları ilə maraqlanıb və onlara ərzaq yardımı göstərilib.
Şəhid valideynləri dövlətin və rayon rəhbərliyinin onlara göstərdiyi qayğıdan razılıqlarını bildirib, Vətənin müdafiəsi yolunda öz canlarını əsirgəməyən oğulları ilə fəxr etdiyini qeyd ediblər.

yap.org.az