Azərbaycan nefti bahalaşıb

9 Aprel 2021 12:53 (UTC+04:00)

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 8-də 62,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel çoxdur. SİA-ya bu barədə məlumat verən mənbə əlavə edib ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel çoxdur.

sia.az