Mərkəzi Nəbatat Bağının əməkdaşları Azərbaycan Beynəxalq Məktəbinin qonağı olublar

8 İyun 2021 12:05 (UTC+04:00)

AMEA-nın Mərkəzi Nəbatat Bağının əməkdaşları, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev və Bağın baş aqronomu İlkin Şəfiyev Azərbaycan Beynəlxalq Məktəbini (TİSA) ziyarət ediblər. AMEA-dan SİA-ya verilən məlumata görə, səfərin məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərməklə onlara yaşıllıqların salınması işində kömək etməkdən ibarət olub.Azərbaycan Beynəlxalq Məktəbinin müəllimi Aleks Conson Bağın əməkdaşları ilə görüşərək onlara məktəb haqqında məlumat verib və müəssisənin ərazisi ilə tanış edib. Mərkəzi Nəbatat Bağının mütəxəssisləri tərəfindən məktəbin ərazisi nəzərdən keçirilib, uşaqlar üçün yeni yaradılacaq bağların yerləri və dizaynı müəyyənləşdirilib.Sonda iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.

sia.az