“Azeri Light” 74,54 dollara satılır

19 İyun 2021 10:42 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,01 dollar artaraq 74,54 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.