Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə mühüm təşəbbüsləri və nəticələr

16 İyul 2021 14:34 (UTC+04:00)

2021-ci ildə Qoşulmama Hərəkatının 60 illiyi qeyd olunur.Qoşulmama Hərəkatının təməlində sülh, multikulturalizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından , mürəkkəb qlobal çətinliklər Hərəkatın əhəmiyyətinin daha da artırır.13-14 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda aralıq dövr Nazirlər Konfransı keçirib.Konfransın keçirilməsində əsas məqsəd Hərəkatın Bakı Zirvə Görüşündən ötən müddət ərzində Hərəkat üzvlərinin birgə səyləri ilə qlobal çağırışlara qarşı mübarizədə əldə olunmuş irəliləyişləri və bu istiqamətdə atılacaq növbəti addımları müzakirə etməkdən ibarət olub. 33 ölkənin xarici işlər naziri səviyyəsində təmsil olunduğu Konfransda Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak edib. Konfransın əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin tədbir iştirakçılarına video-müraciəti səsləndirilib.Video-müraciətdə dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirilmiş uğurlu təşəbbüslər barədə məlumat verərək, Azərbaycan Respublikasının QH-yə sədrliyi çərçivəsində Hərəkatın beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildirib. Ölkə başçısı Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə QH üzv dövlətlərinə məlumat verərək Azərbaycanın əldə etdiyi qələbənin beynəlxalq hüquq, ədalət və Qoşulmama Hərəkatının fundamental dəyərlərinin zəfəri olduğunu vurğulayıb. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan ərazilərində törədilmiş vəhşiliklər barədə məlumat verən dövlət başçısı, işğal illərində, eləcə də Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına nümayiş etdirdikləri davamlı dəstəyə görə QH üzv dövlətlərinə minnətdarlıq ifadə edib.Ötən müddət ərzində Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrnin maraqlarının müdafiəsi , ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiuaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir. Sədirliyi dövründə Azərbaycan digər beynəlxalq təşkilatlarla körpülərin yaradılmasıma mvəffəq olub. İlk dəfə olaraq Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüçündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sesiyasının keçirilməsi təşəbbüsünü dəsdəkləyib. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərmiş və bu səylər bundan sonra da davam edəcək.

Rauf Əliyev, Milli Məclisin deputatı

sia.az