Bakıdan Naxçıvana ilk avtobus reysi yola salınıb

17 İyul 2021 12:43 (UTC+04:00)

Uzun müddətli fasilədən sonra Bakıdan Naxçıvana ilk avtobus reysi yola salınıb.SİA xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. İlkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulub.Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

sia.az