İqtisadiyyat

  • 3 544

“Daşınmaz əmlakın qabaqcadan qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçiriləcək

image

İyunun 30-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Daşınmaz əmlakın qabaqcadan qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçiriləcək.Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən məlumat verilib.Tədbirin keçirilməsində məqsəd komitə tərəfindən daşınmaz əmlakın qabaqcadan qeydiyyatı prosesinin mahiyyəti, prosedurları, üstünlükləri barədə ictimaiyyəti maarifləndirməkdir. Eyni zamanda, bu prosesin vətəndaşlara verdiyi faydalar və ümumilikdə daşınmaz əmlak bazarının inkişafındakı müsbət təsirləri barədə məlumatlandırmaqdır.
AZƏRTAC

Digər xəbərlər