Siyasət

  • 3 003

“Qafqazda Rusiyanın yeganə sabit tərəfdaşı Azərbaycandır” - MÜSAHİBƏ

image

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində Bakı və İrəvanın Rusiya ilə münasibətlərdə prinsipial şəkildə fərqli yanaşmalarını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksey Valeriyeviç, sizcə, Azərbaycan prezidentinin Moskvaya səfəri nəyi nümayiş etdirdi? Və burada sual yaranır: əgər Ermənistanın baş naziri yaxın günlərdə Rusiya paytaxtına səfər edərsə, Rusiya-Ermənistan münasibətləri üçün hansı nəticə ola bilər?

- İlham Əliyevin Moskvaya səfəri bir daha sübut etdi ki, Rusiya-Azərbaycan münasibətlərində daha çox müsbət tendensiyalar yaranır. Deyə bilərik ki, bu gün münasibətlər yeni mərhələni yaşayır: həmişə kölgədə qalan ərazi, Qarabağ problemi nəhayət ki, həllini tapıb. Moskva və Bakı üçün bu, mahiyyətcə mənfi bir problem idi. Və onun həlli bizə imkan verdi ki, ikitərəfli münasibətlərə və həqiqətən mühüm birgə layihələrə, o cümlədən regional və qlobal səviyyədə daha çox vaxt ayıraq. Bu gün Moskva və Bakı bir-biri üçün həqiqətən çox vacib tərəfdaşlardır.

İki ölkə liderləri Kremldə Şimal-Cənub layihəsinin həyata keçirildiyini bəyan ediblər. Bu, həm praktiki baxımdan, həm də imic baxımından Rusiya üçün həqiqətən mühüm layihədir. Azərbaycan üçün də onun mühüm perspektivləri var, çünki ölkə özünü mühüm nəqliyyat qovşağı, Şərqlə Qərbin kəsişmə nöqtəsi kimi göstərir.

Bundan əlavə, İlham Əliyev bu yaxınlarda çox mühüm bəyanat verdi ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxması Azərbaycanla Rusiya arasında münasibətləri daha da gücləndirdi.

Rusiya Qarabağdan sülhməramlılarını çıxararaq indi Azərbaycan və Ermənistana sərhədlərin delimitasiyası məsələsini birbaşa özləri həll etmək imkanı verir.

Rusiya və Azərbaycan liderlərinin birbaşa təmasları göstərdiyi kimi, bunda maraqlı olan qüvvələr nə qədər çalışsalar da, Moskva ilə Bakını qarşıdurmaya gətirmək mümkün deyil. Ona görə də ölkələri sıxışdırmaq istəyənlərin diqqəti Rusiya-Ermənistan münasibətlərinə keçib. Burada mübahisə planı kifayət qədər uğurla həyata keçirilir. Bu, çoxdan Qərbin istifadə etdiyi yeni xəritədir.

Bu, bir daha təsdiqləyir ki, Azərbaycan bu gün Rusiya üçün şəffaf, etibarlı tərəfdaşdır. Biz birlikdə irəliləyirik.

Əliyev ötən gün bildirib ki, Azərbaycan Ukraynaya silah vermir və bunu prinsipcə edə bilməz. Bu, bir daha İlham Əliyevin prinsipial insan olduğunu, həm də Rusiya ilə münasibətlərin onun üçün önəmli olduğunu sübut edir. Bundan əlavə, öz regionunda və onun hüdudlarından kənarda həmişə sülh uğrunda mübarizə aparan Azərbaycan vəziyyəti sarsıtmaq və münaqişələri gərginləşdirmək üçün regiondankənar oyunlarda iştirak etməməkdə çox müdrikdir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinin qızğın tərəfdarıdır.

Amma Ermənistandan Qərbin ardınca getməyəcəyini və Ukraynaya nəsə təchiz etməyə başlamamasını gözləmək mümkün deyil. Belə bir şey olsa, təəccüblü olmazdı. Əbəs yerə deyil ki, Azərbaycandan fərqli olaraq, Qərb platformalarında Ermənistan rəsmiləri Ukraynanın xeyrinə bəyanatlar verirlər, halbuki sadəcə olaraq, susmaq olardı.

Bu gün Cənubi Qafqazda yalnız Azərbaycan Rusiyanın yeganə sabit tərəfdaşıdır.

Soruşdunuz ki, Paşinyanın Moskva səfəri necə ola bilər? Düşünürəm ki, bu, çox mübahisəli səfər ola bilər. Ermənistanın baş naziri Qərb kuratorlarının tələbi ilə açıq şəkildə anti-Rusiya bəyanatları səsləndirməklə Rusiya ilə Ermənistan arasında daha da gərginlik yaradacaq addımlar ata bilər. İki ölkə arasında münaqişəni Ermənistanın deyil, Rusiya başlatdığını göstərmək üçün. Yəni, belə- “Ermənistan KTMT-dən getmədi, KTMT Ermənistanı tərk etdi”. Amma o, bunu yalnız o halda edəcək ki, Qərbdə ona real təhlükəsizlk təminatları veriləcəyinə əmin olsunlar.

Rusiyanın Ermənistana diplomatik dəstəyi getdikcə azalacaq. Qərbin Ermənistana nə dərəcədə tam dəstək vermək istəyi var, məncə, hələ də böyük sualdır.

Paşinyan ona tapşırılan vəzifəni- Ermənistanı KTMT-dən çıxarmağı həll etməlidir. Eyni zamanda ölkədə, o cümlədən gənclər arasında anti-Rusiya əhval-ruhiyyəsi yaratmağı.

Hesab edirəm ki, İrəvanı ağıllandırmaq üçün edilən bütün cəhdlərin nəticəsiz olduğu aşkardırsa, Rusiya və Azərbaycan regionun digər ölkələri ilə birlikdə birləşməli və Cənubi Qafqazda yaranan status-kvonu məqbul hesab etdikləri tezisləri ilə çıxış etməlidirlər. Və onlar NATO-nun bölgədəki mövcudluğunun fəal şəkildə genişləndirilməsinin əleyhinədirlər. Azərbaycan üçün Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterini nəzərə alaraq bunun Türkiyəyə aid olmadığını qeyd etmək olar.

-Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesinə başlayıb. Amma yenə də diqqəti cəlb edir: ya Ermənistanın baş naziri vaxtaşırı Azərbaycanı tənqid edir, ya da tezisini təkrarlayır ki, Ermənistan keçmişlə yaşamağı dayandırıb bu günü qəbul edib, qonşuları ilə sülh şəraitində yaşamalıdır...

- Sərhədin delimitasiyası prosesinin başlamasına gəlincə, gözləyək, görək proses necə inkişaf edəcək. İrəvanın burada hansı təxribat törədə biləcəyini hələ bilmirik. Rəsmi İrəvanın kifayət qədər ziddiyyətli tezislər səsləndirməsi, məncə, bilavasitə Qərbin Ermənistana dəstəyinin dərəcəsindən asılıdır. Nikol Paşinyan Alyansın ona kömək edəcəyini düşünürsə, davakar bəyanatlar verməyə başlayır. Buna şübhə edəndə isə geri çəkilir.

Məncə, Qərb bu gün Ermənistana qeyd-şərtsiz və qüsursuz dəstək vermir. Qərb, mənim fikrimcə, daha çox onun çiynini sığallamağa, onun necə böyük oğlan olduğunu deməyə çalışır. İrəvan Rusiya ilə, Azərbaycanla, Türkiyə ilə əsl gərginliyə getmək istəmir və Qafqazda hərbi münaqişənin onun üçün fəlakət olacağını anlayır.

Eyni zamanda, mən hələ də bu fikirdəyəm ki, Paşinyan Qərblə yaxınlaşmaqla regionda təhlükəsizliyi pozmaq baxımından nə qədər təhlükəli olsa da, əsas odur ki, Ermənistanda Rusiya və Azərbaycana münasibətdə daha radikal olanlar hakimiyyətə gəlməsin, hansı ki, Qarabağa görə qisas almağa meyllidirlər. Hazırda belə bir təhlükə var.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər