Xəbərlər

  • 990

Çexiya kiberhücumlara görə Rusiya səfirinə xəbərdarlıq etdi

image

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeyevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Çexiya xarici işlər naziri Yan Lipavski X hesabında məlumat paylaşıb..

“Çexiya qurumlarına və kritik infrastruktura qarşı kiberhücumlara görə Rusiya səfirini çağırmaq qərarına gəldim. Biz Rusiyanı BMT standartlarına və öz öhdəliklərinə zidd olan davranışlardan çəkinməyə çağırdıq”, - paylaşımda qeyd olunub.

Mətləb

Digər xəbərlər