Xəbərlər

  • 1 679

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını itirib

image

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını itirib. Hadisə Ağcabədi rayon Boyat kəndində qeydə alınıb. SİA xəbər verir ki, Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər. Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib. Filiz Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər