Rusiyanın Almatıdakı Baş Konsulluğu Navai təxəllüsü ilə tanınan azərbaycanəsilli Rusiya repçisi Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib. Rusiya KİV-lərində yer alan məlumata görə, bu barədə Rusiya konsulluğunun mətbuat xidmətinin əməkdaşı məlumat verib. "Biz Qazaxıstan XİN-ə Rusiya vətəndaşı ilə bağlı vəziyyətə dair rəsmi şərh verilməsi xahişi ilə nota göndərmişik. Baş Konsulluq hadisələrin inkişafını izləyir", - o qeyd edib.
Bəkirov oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana daxil olarkən "Korday" sərhəd məntəqəsində saxlanılıb. Polisin məlumatına görə, sənətçinin içində olduğu avtomobilə baxış zamanı narkotik maddə aşkar edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. İş üzrə istintaq aparılır. Sənətçinin vəkili Rəna Kərimova bildirib ki, Bəkirov iki ay müddətinə həbs edilib.
Mətləb
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?