PDF Oxu

Siyasət

  • 705

Goranboyda, YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı Ərazi Partiya təşkilatlarında görüşlər davam edir

Goranboyda, YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı Ərazi Partiya təşkilatlarında görüşlər davam edir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 15 oktyabr 2026-cı il tarixində YAP Goranboy rayon təşkilatının Goranboy rayon İcra Hakimiyyəti Ərazi Partiya Təşkilatında tədbir keçirilib.
Tədbirdə, Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Qurultay nümayəndələri və Partiya fəalları iştirak edib.
Tədbirdə çıxış edən Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP-ın VIII Qurultayının Goranboy rayonundan olan nümayəndələri və digər partiya fəalları tərəfindən Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin Azərbaycanın davamlı inkişafına, ictimai-siyasi sabitliyin qorunmasına və əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyi vurğulanıb. Qeyd edilib ki, qarşıya qoyulan hədəflərə nail olunmasında dövlət orqanları ilə ictimai-siyasi institutlar arasında səmərəli əməkdaşlığın, vətəndaşlarla müntəzəm ünsiyyətin və yerlərdə aparılan işlərin əhəmiyyəti böyükdür. Həmçinin partiya üzvlərini dövlət siyasətinin prioritetlərinin həyata keçirilməsində fəal iştirak etməyə, rayonun sosial-iqtisadi inkişafına və əhalinin problemlərinin həllinə töhfə verməyə çağırılıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sabitliyin, milli həmrəyliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində də mühüm rol oynayır.

Digər xəbərlər