PDF Oxu

Siyasət

  • 879

Füzuli Şəhəri Günü – tarixi qayıdışın və dirçəlişin təntənəsi

image

15 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Dəmiryolu işçiləri” və “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Füzuli Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Zəngin tarixi-mədəni irsi və xalqımızın yaddaşında xüsusi yer tutur. Qeyd edildi ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisələrdən biri olmuşdur.

Tədbirdə çıxış edən digər natiqlər – “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının fəal üzvü Elnarə Hacıyeva, veteran partiyaçı Midvari Əmirova və “Dəmiryolu işçiləri” Ərazi Partiya Təşkilatının sədr müavini Ramin Kazımov bildiriblər ki, Füzulinin azadlığı uğrunda mübarizə aparan şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun şücaəti daim ehtiramla yad edilir. Bildirildi ki, bu qələbə xalqımızın birliyinin, əzminin və Vətən sevgisinin təcəssümüdür. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunuldu. Füzuli şəhərində müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması, sosial obyektlərin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində görülən işlərin əhəmiyyəti qeyd olundu.

Digər xəbərlər