Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Çernyayevski küçəsi 25A” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrlə bağlı növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ideoloji təhlükəsizliyin təmin olunması məsələlərindən bəhs edib.
Çıxış edən Ərazi Partiya Təşkilatının sədri Leyla Əhmədova partiya üzvlərinin cəmiyyətin maarifləndirilməsində, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində və ölkəmizdə həyata keçirilən siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasında fəal iştirakının vacibliyini vurğulayıb.
Sonda qurultayda müəyyənləşdirilən strateji hədəflərin reallaşdırılması istiqamətində partiya üzvlərinin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.