PDF Oxu

Siyasət

  • 530

YAP Tovuz rayon təşkilatının ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

image

YAP Tovuz rayon təşkilatının Çatax, Çeşməli, Həsənli, Böyük Qışlaq, Qaradaş və Göyəbaxan kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib.

İlk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədr müavini, qurultay nümayəndəsi İlqar Kərimov, aparatın məsləhətçisi Kamran Qasımov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak edib.

YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, ərazi partiya təşkilatlarının sədrləri Asif Musayev, Nizaməddin Musayev, Hikmət Poladov, partiya fəalları Rauf Qarayev, Mehman Qasımov, İlham Abdıyev və Elman Əsgərov çıxışlarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın gələcək inkişafı, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və müasir çağırışların mühüm yer tutduğunu bildirmişlər.

Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycanın müstəqil siyasəti, milli maraqlara əsaslanan mövqeyi və beynəlxalq əməkdaşlığı ölkənin strateji inkişafının əsas istiqamətlərindəndir. Milli birliyin və həmrəyliyin qorunması, gənclərin ictimai həyatda fəallığının artırılması və vətəndaş məsuliyyətinin gücləndirilməsi də vurğulanmışdır. Gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik prinsiplərinə sadiq və müasir dünyada baş verən prosesləri düzgün qiymətləndirən şəxsiyyətlər kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın informasiya məkanında milli maraqlarının qorunması, ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və informasiya savadlılığının artırılması vacib məsələlər kimi qeyd olunmuşdur. Qanunun aliliyinə hörmətin, ictimai məsuliyyətin və dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi də davamlı inkişafın mühüm şərtlərindəndir.Ümumilikdə, VIII Qurultayda səsləndirilən fikirlər milli maraqların qorunmasının, cəmiyyətin birliyinin və dövlətçilik prinsiplərinə sədaqətin əhəmiyyətini bir daha önə çıxarmışdır. Hər bir vətəndaşın ölkənin inkişafına töhfə verməsi bu hədəflərin həyata keçirilməsində mühüm rol oynadığını vurğulamışlar.

Digər xəbərlər