Siyasət

  • 706

YAP üzvləri ölkəmizdən xaricdə də öz vətənpərvər mövqeləri ilə fərqlənirlər - ŞƏRH

image

YAP Biləsuvar rayon təşkilatının üzvü, kulturoloq, Biləsuvar rayon Ağayrı kənd sakini, şəhid bacısı Əfsanə Əlifağa qızı Haxverdiyeva hal-hazırda müvəqqəti olaraq Rusiyada yaşayır. Yaşadığı Novosibirskdə vaxtaşırı olaraq ölkəmizin və dövlətimizin təbliği üçün müxtəlif məzmunlu tədbirlər keçirir. O növbəti təşəbbüsünü ötən həftə yaşadığı şəhərin Tarix muzeyində gerçəkləşdirib.

9 may - faşizm üzərində qələbə günü ərəfəsində təşkil etdiyi tədbirdə ll dünya müharibəsi zamanı, azərbaycanlıların həm səngərdə, həm də arxa cəbhədəki fədakarlıqları barədə danışıb. Hazırladığı foto və video materialları iştirakçıları digər millətlərdən olan tədbirdə nümayiş etdirib.

Təşkilatımızın üzvü Əfsanə xanıma təşəkkür edir, onun bu nümunəvi davranışının xaricdə yaşayan hər bir azərbaycanlı üçün örnək olmasını arzulayırıq.

Digər xəbərlər