İqtisadiyyat

  • 5 509

Arif Vəliməmmədov: Görülən işlər bölgələrdə sahibkarlığın inkişafına güclü dəstək verir

image

Bu ilin ötən dövründə sahibkarlara 67,4 milyon manat həcmində güzəştli kredit verilib. Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov deyib.
A.Vəliməmmədov bildirib ki, bu vəsait 924 sahibkarlıq subyektini əhatə edir. Onun sözlərinə görə, bu vəsaitlərin böyük hissəsi regionların payına düşür.
«Güzəştli kreditlər hesabına bölgələrdə xeyli müəssisələr, təsərrüfatlar yaradılır. Bütün bunlar da yeni iş yerlərinin açılmasına səbəb olur. Bütövlükdə görülən işlər, bölgələrdə sahibkarlığın inkişafına güclü dəstək verir»- deyə, A.Vəliməmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər