Xəbərlər

  • 946

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

image

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasında vacib matçı idarə edəcək. Həmyerlimiz Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" ilə "Aris" arasında keçiriləcək qarşılaşmada ədalət təmsilçisi olacaq. Bu barədə Yunanıstanın "Yellowradio" nəşriməlumat yayıb. Görüşdə Ə.Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Kamal Umudlu AVAR-da yer alacaq.

Qeyd edək ki, sözügedən oyun aprelin 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Mətləb

Digər xəbərlər