Xəbərlər

  • 1 301

Macarıstan XİN rəhbəri Makronu "bombaladı"

image

Macarıstanın xarici işlər naziri Peter Siyarto Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya potensial göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb. Macarıstanlı nazir bu barədə Fransanın LCI telekanalının efirində bildirib. "Biz münaqişəyə yaxınıq və çox yaxşı başa düşürük ki, Qərb qoşunları Ukrayna ərazisində olarsa, müharibənin miqyası xeyli artacaq", - XİN rəhbəri deyib.

O, eskalasiyanın çox təhlükəli olacağını vurğulayaraq, macarların üçüncü dünya müharibəsini istəmədiyini qeyd edib. Siyarto, həmçinin Qərbi münaqişənin sülh yolu ilə həllini axtarmağa çağırıb.

Mətləb

Digər xəbərlər