Kaxa Kaladze: Bakı və Tbilisi qardaşlaşmış şəhərlər olmalıdır

Azərbaycan və Gürcüstanın müxtəlif şəhərləri arasında qardaşlaşma haqqında müqavilələr var. Bu sənədlər həm ölkələrimiz, həm də şəhərlərimiz arasında əlaqələrin inkişafına xidmət edir. Düşünürəm ki, Bakı və Tbilisi şəhərləri arasında da belə bir müqavilə imzalanmalıdır. Buna ehtiyac var.

Bu fikirləri jurnalistlərə müsahibəsində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının Tbilisi şəhər meri vəzifəsinə namizədi, Gürcüstanın sabiq energetika naziri Kaxa Kaladze səsləndirib.
K.Kaladze deyib: “Azərbaycan ilə Gürcüstan yaxın dost, qardaş, strateji tərəfdaş ölkələrdir. Hesab edirəm ki, Bakı və Tbilisi şəhərləri arasında memorandum hər iki dövlətin maraqlarına uyğundur”. O, Tbilisi meri seçiləcəyi təqdirdə bu istiqamətdə səylərini artıracağını bildirib.
Qeyd edək ki, oktyabrın 21-də Gürcüstanda yerli özünü idarəetmə orqanlarına və Tbilisi şəhər meri vəzifəsinə seçkilər keçiriləcək.

yap.org.az