Biznes əməkdaşlığının genişləndirilməsi vacibdir

Azərbaycanla adıçəkilən regionun ölkələri arasında biznes əməkdaşlığının genişləndirilməsi vacibdir.SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda çıxışı zamanı Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyasının baş katibi Abdulrahim Hasan Naqi deyib.Onun sözlərinə görə, islam İnkişaf Bankı Azərbaycanla Şuraya üzv ölkələrin həyata keçirdiyi layihələri maliyyələşdirə bilər. Gömrük rüsumlarının azaldılması və ya azad ticarət yaradılması vacib məsələlərdəndir.Baş katibin başqa bir təklifi vizalarla bağlıdır: "Təklif edirik ki, viza alınan zaman tələb olunan 20 dollar ləğv olunsun və aviabiletlərin qiymətinə əlavə edilsin".O təklif edib ki, 2018-ci ildə Azərbaycanda Şuraya üzv ölkələrdə istehsal olunan məhsullarının sərgisi təşkil edilsin. "Ölkələrimizin istehsal etdiyi məhsulların burada tanınması lazımdır".Baş katib iqtisadiyyat naziri Şahin Mustafayevin birgə investisiya fondunun yaradılması ilə bağlı təklifinə də müsbət reaksiya verib: "Azərbaycanla Şura ölkələri arasında investisiya fondunun yaradılması məqsədəuyğun olar".

sia.az