Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramına əsasən hərbi psixologiya, hərbi qanunvericilik, mətbuat və ictimaiyyətlə əlaqələr məsələləri üzrə mütəxəssislərin görüşü keçirilir. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər və intizam hüququ, hərbi əməliyyatlar zamanı psixoloji hazırlıq, həmçinin bir sıra digər mövzularda mühazirələr təqdim olunub və geniş fikir mübadiləsi aparılıb.

sia.az