İqtisadiyyat

  • 2 615

Azərbaycana idxal olunan avtomobillərin sayı 2 dəfədən çox artıb

image

2017-ci ildə Azərbaycana idxal olunan avtomobillərin sayı 2 dəfə artıb.Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2017-ci ildə Azərbaycana, ümumilikdə 13 min 98 ədəd avtomobil idxal olunub. 2016-cı ildə isə bu rəqəm 5746 olub ki, ötən illə müqayisədə 2 dəfədən az göstəricidir.Ölkəyə gətirilən avtomobillərin 187 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 11 min 610 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1227 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 74 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
AZƏRTAC

Digər xəbərlər