Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, parlamentin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Hüquq və Siyasi məsələlər üzrə komitəsinin 52-ci iclasında iştirak etmək üçün Yunanıstana səfərə gedib. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Kavala şəhərində keçiriləcək toplantıda cari məsələlərlə yanaşı, quruma üzv ölkələrdə iqtisadi imkanların genişləndirilməsi barədə müzakirələr aparılacaq, bununla əlaqədar nümayəndə heyətlərinin təklifləri dinləniləcək.Qeyd edək ki, səfər oktyabrın 19-dək davam edəcək.
sia.az