İqtisadiyyat

  • 2 526

"İqtisadi göstəricilərimiz beynəlxalq hesabatlarda yüksək qiymətləndirilir" ŞƏRH-ÖZƏL

image

“Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi ölkəmizin apardığı çox uğurlu daxili, siyasətin göstəricisidir. Əgər aparılan siyasət, tutulan yol, proqramlar düzgün olmasa idi təbii ki, ölkəmiz hazırkı iqtisadi inkişafa nail ola bilməzdik”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında yüksək qiymətləndirilməsinə münasibət bildirərkən deyib.O bildirib ki, ölkəmizin inkişafının təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra başlayıb: “İnkişafımız ilk öncə dövlətçiliyimizin yaranmasından, boş olan büdcəmizin tədricən inkişaf etdirilib doldurulmasından, daxildən gedən xoşagəlməz proseslərin qarşısının alınmasından başladı. İqtisadiyyatımız bu stabilliyə, sabitliyə söykənərək inkişaf edərək yüksək nəticələr verməyə başladı. Görülən işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində də ölkəmizin son 15 ildə iqtisadi sahədə göstəriciləri bütün beynəlxalq təşkilatların hesabatlarında yüksək qiymətləndirilir”.E.Məmmədov söyləyib ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında ölkəmizin bir neçə istiqamətdə irəliləməsi ürəkaçan hadisədir: “Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yüksək templə inkişaf edir və bu inkişaf davam edəcək. Azərbaycan regionun çiçəklənən, daxili sabitlik və stabilliyə malik olan, iqtisadi sahədə inkişaf edən, güclü orduya malik olan lider dövlətinə çevrilib. Ancaq cənab Prezident bununla kifayətlənməyərək cari ilin 9 ayının yekunları ilə bağlı keçirilən müşavirədə daha da güclənməyimiz istiqamətində görüləcək işlərlə bağlı tapşırıq verərək bildirdi ki, ölkəmizin daha da güclənməsi qələbəyə, yəni torpaqlarımızın işğaldan azad etməyə, ərazi bütövlüyümüzün təmin olunmasına gətirib çıxaracaq”.Hesabatda ölkəmizin yüksək qiymətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat qeyd edib ki, dünya ölkələri bu cür hesabatlarla hesablaşır: “Bu hesabatların nəticələri o sahə ilə məşğul olan beynəlxalq qurumlar tərəfindən hazırlanır. Belə olan halda, dövlətlər bir-birilərinin nəticələrinə baxaraq, ölkələrlə hansı sahələrdə tərəfdaşlıq etmək haqqında nəticə çıxarırlar. Azərbaycana sərmayə qoyuluşu, əməkdaşlığın, iqtisadi əlaqələrin qurulması, iş birliyinin yaradılması, etibarlı tərəfdaş kimi tanınması ölkəmizin mühüm hesabatlarda yüksək nəticələr əldə etməsinin göstəricisidir. Bu gün ölkəmizin adı Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi səslənir. Bu nəticələr Azərbaycan üçün vacib olmaqla yanaşı, gələcək də daha yaxşı nəticələr əldə etmək üçün imkanlar yaradır”.

sia.az.

Digər xəbərlər