İqtisadiyyat

  • 4 195

Pərviz Şahbazov: “Star” NEZ-in açılması Azərbaycanın bölgədə enerji sahəsində mövqeyini daha da gücləndirəcək

image

“Star” neft emalı zavodunun (NEZ) istifadəyə verilməsi Azərbaycanın bölgədə enerji sahəsində mövqeyini daha da gücləndirəcək.

Bu sözləri jurnalistlərə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib.
“Star” NEZ Azərbaycanın qardaş ölkə Türkiyəyə yatırdığı investisiyanın bir hissəsidir. Ölkəmiz Türkiyənin enerji sektoruna böyük sərmayə qoyuluşu həyata keçirir. Bu, Türkiyəyə yatırılan ən böyük xarici investisiyadır. Azərbaycan enerji ölkəsidir və bu sahədə təcrübəsi var. Ölkəmiz, eyni zamanda, Türkiyə üzərindən neft ixrac edir, eləcə də qardaş ölkəyə təbii qaz göndərir və Türkiyənin enerji sistemində aktiv fəaliyyət göstərir. “Star” neft emalı zavodunun açılması və Azərbaycanın bu sahədə aparıcı rol oynaması sözsüz ki, ölkəmizin Türkiyədə və ümumiyyətlə bölgədə enerji sahəsində mövqeyini daha da gücləndirəcək”, - deyə nazir qeyd edib.

yap.org.az

Digər xəbərlər