İqtisadiyyat

  • 4 033

"Büdcədən beynəlxalq sahəyə maliyyənin daha da artırılmasını istərdik"

image

"Azərbaycanın dövlət büdcəsi sosial yönümlü büdcə kimi təqdim olunub. Büdcə həm də beynəlxalq münasibətlər yönümlü büdcədir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.O bildirib ki, dünyada beynəlxalq münasibətlərimizlə ölkəmizin imici ən yüksək səviyyədə təmsil edilir: "Hazırda dünyada gedən proseslər faktiki sanksiyalar müharibəsini mövcud edir. Bu sanksiyalar müharibəsinin içərisində Azərbaycanın beynəlxalq münasibətləri elə bir şərait yaradıb ki, ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb”.Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq və iqtisadi əlaqələrini ən yüksək səviyyədə təmin edib: “Beynəlxalq sahəyə maliyyənin daha da artırılmasını istərdik. Büdcəyə baxdıqda bunun yüksələn xətlə inkişaf etdiyi görünür”.

sia.az

Digər xəbərlər