Siyasət

  • 615

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan idman yarışları davam edir FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı və “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya mərkəzinin tərəfdaşlığı” ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışları davam edir.

25.04.2024-cü il tarixində “Y.Yasamal 2, Ə.Əhmədov küçəsi”ndə yerləşən 336 nömrəli tam orta məktəbin futbol meydançasında “Mini-futbol” idman növü üzrə yarışın açılış oyunları baş tutub.

Yarışın açılışında iştirak edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakiminin müavini Hüseyn Əfəndiyev və Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun rəisi İlham Səfərov çıxışlarında bildiriblər ki, ulu öndər Heydər Əliyev hər zaman idmançıları yüksək qiymətləndirərək Azərbaycanı idman ölkəsi adlandırmışdır. Bu gün ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş bu silsilə idman yarışları həm gənclərdə idmana maraq oyatmaq və onların sağlam həyat tərzi sürməkləri üçün keçirilən idman yarışı olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıblar.

Digər xəbərlər