İqtisadiyyat

  • 3 281

"Turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Real televiziyasına müsahibəsində turizm sektoruna xüsusi olaraq toxundu. Prezident qeyd etdi ki, elə ölkələr var ki, ümumi daxili məhsulda turizmin payı daha da çoxdur. Bu sahədə inkişaf təbii ki, dövlət iqtisadiyyatının inkişafına öz töhfəsini verir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, bu gün Azərbaycanda turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, infrastruktur yaradılıb: “Bir sözlə xidmət sahələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Azərbaycanın coğrafi mövqeyi, iqlim qovşaqlarına malik olması ölkəmizin turizm inkişafı üçün münbit şərait yaradır. Təbii ki, biz də bu şəraitdən kifayət qədər səmərəli istifadə etməyə çalışırıq. 2018-ci ildə 50 min turist Azərbaycana səfər etmişdi. Xarici turistlər özləri ilə 2 milyard dollar vəsait xərləyiblər. Bu böyük məbləğdir. Düşünürəm ki, Azərbaycan turizm sektorunun daha da inkişaf etdirilməsi turizmdən gələn gəlirləri artıracaq və gələcək illərdə Azərbaycan beynəlxalq turizmin daha da cəlbedici məkanına çevriləcək”.

sia.az

Digər xəbərlər