İqtisadiyyat

  • 3 720

UEFA-nın yeni reytinqi açıqlanıb

image

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə,keçirilən 20 görüş ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 19.000 xalla 26-cıdır.Yalnız üç ölkənin mövqeyində dəyişiklik olub. Klubları uğurla çıxış edən Çexiya 2 addım irəliləyərək 14-cü pilləyə yüksəlib. Danimarka və İsveçrə isə bir addım geriləyərək müvafiq olaraq 15, 16-cı yerlərdə qərarlaşıb.Qeyd edək ki, siyahıda İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

sia.az

Digər xəbərlər