Yanvarda ölkədə 2 milyard 185,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 2 milyard 108,3 milyon kilovat/saat elektrik enerjisi alınıb.Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin həcmin 1 milyard 996,3 milyon kilovat/saatı istilik, 98,2 milyon kilovat/saatı su, 2,4 milyon kilovat/saatı günəş, 11,4 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.
yap.org.az