Orxan Məmmədov: Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi prioritet məsələdir

“Hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Prezident İlham Əliyevin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində reallaşdırılan mühüm layihələrdəndir”. Bu fikri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib ki, hazırda ölkənin 11 rayon və şəhərində 14 “KOB Dostu” fəaliyyət göstərir. Onun sözlərinə görə, KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, həmçinin sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir.
“Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi agentlik üçün prioritet məsələlərdəndir”-deyə, O.Məmmədov vurğulayıb.

yap.org.az