İqtisadiyyat

  • 3 840

“Əsrin müqaviləsi” Azərbaycanın güclü iqtisadi bazasını formalaşdırdı" ÖZƏL-MÜNASİBƏT

image

"“Əsrin müqaviləsi” imzalanan dövr həddindən artıq çox çətin bir dövr idi. Amma bu gün Azərbaycan xeyli inkişaf etmiş bir Avropa ölkəsinə çevrilib". Bunu SİA-ya açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları İctimai Birliyinin sədri, Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının rəhbəri Siruz Abasbəyli deyib.Qurum rəsmisinin sözlərinə görə, bu gün dünyanın bütün ölkələrindən Azərbaycana qonaq gəlirlər və neft kontraktı ilə əlaqədar müqavilələr bağlayırlar: "Bu gün Azərbaycan 30-dan çox ölkə ilə kontrakt bağlayıb. Əlbəttə ki, bu gün biz fəxr edirik ki, cənab Prezidentimiz İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin qoyduğu konsepsiyanı, o proqamı çox uğurla davam etdirir. Təbii ki, biz hamımız da ölkə başçımızın siyasətini bəyənirik və dəstəkləyirik. Hesab edirəm ki, neft kontraktının Azərbaycan üçün bu günə kimi olan xeyrindən daha da çox gələcəkdə xeyir görəcəyik”.Qeyd edək ki, 20 sentyabr 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi rəsmiləşdirilib.

sia.az.

Digər xəbərlər