Siyasət

  • 3 476

YAP Qobustan rayon təşkilatının VII konfransı keçirilib

image

İyulun 12-də Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının VII konfransı keçirilib.

Tədbir iştirakçıları öncə Qobustan rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.
Konfransda YAP İdarə Heyətinin üzvü, "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri Yusif Hümbətov, Milli Məclisin deputatı Vüsal Hüseynov, Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov digər qonaqlar iştirak ediblər.
YAP Qobustan rayon təşkilatının sədri Fizuli Güləliyev hesabat məruzəsi ilə çıxış edərək partiyanın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib.
Çıxış edənlər YAP Qobustan rayon təşkilatının VII konfransına qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Konfransda təşkilati məsələlərə baxılıb. Fizuli Güləliyev yenidən YAP İmişli rayon Təşkilatının sədri seçilib.
Konfransda yeni tərkibdə rayon təşkilatının Şurası və İdarə Heyəti seçilib.

yap.org.az

Digər xəbərlər