Siyasət

  • 4 984

Siyavuş Novruzov: “Azərbaycan aqrar sahədə çox böyük uğurlar əldə edəcək” AÇIQLAMA

image

“Hesab edirəm ki, bugün Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük işlər gedir. Cənab Prezidentin göstərişlərinə və tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatının yeni bir mərhələsi artıq öz işinə başlayıb”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafına qoyulan vəsaitlər, investisiyalar özünü doğrultmaqdadır: “Yəni artıq qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq istər emal müəssisələri, istər kənd təsərrüfatı məhsulları, istərsə də ayrı-ayrı konserv zavodları və bu kimi zavod və fabriklərin açılması, yeni iş yerlərinin yaradılması, insanların yenidən ərazilərdə əkin-biçinlə məşğul olması ən aparıcı istiqamətlərdən birinə çevrilib. Məhz bunun nəticəsi olaraq həm insanların gəlirləri artır, həmçinin ölkənin ərzaq təhlükəsizliyi məsələsi həll olunur, eləcə də Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları ölkəyə valyuta gətirir. Bu gün tək Azərbaycan bazarları deyil, eləcə də ayrı-ayrı ölkələrin bazarlarında da Azərbaycan məhsulları çox yüksək qiymətləndirilir. Həm ekoloji cəhətdən təmiz, həmçinin keyfiyyətli olan məhsullar kimi də qəbul olunur və alınır. O baxımdan da kənd təsərrüfatına qoyulan investisiyalar qısa müddət ərzində həm özünü doğruldacaq, həmçinin də yeni gəlirlər əldə olunacaq”.S.Novruzov həmçinin bundan öncə Sabirabad rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qoyulan investisiyalardan da danışdı: “Təbii ki, rayonun kənd təsərrüfatının inkişafına qoyulan investisiyalar da öz bəhrəsini verib. Müxtəlif mövsümi dövrlərə uyğun olaraq istehsal olunan məhsulların müşavirələri keçirilir. Burada da ciddi şəkildə istehsal olunan məhsulların miqdarı, onların gətirəcəyi gəlirlər, onlara qoyulan investisiyalar və s. məsələlər öz həllini tapıb. Məhz bunun nəticəsində yüksək göstəricilərlə məhsul istehsal olunur. Məsələn, əgər ötən il baramaçılıqla bağlı (ümumi Azərbaycan üzrə) 20 ton məhsul istehsal olunmuşdusa, artıq bir rayonun özündə 27-28 ton barama məhsulu istehsal olunur. Eləcə də yeni ağacların əkilməsi ilə ipəkçiliyə geniş ehtiyaclar yaranır. Bunun təminatı nəticəsində də həm ölkənin daxilinə, həm də xarici bazarlara məhsulların çıxmasına əlavə stimul yaradır. Azərbaycanda olan 12 iqlimdən 9-u Azərbaycanda olduğuna görə, tütün, meyvəçilik, tərəvəzçilik, pambıqçılığın inkişafı üçün əlverişli zəmin yaranır. Azərbaycan aqrar sahədə çox böyük uğurlar əldə edəcək”.

sia.az

Digər xəbərlər