Şahin İsmayılov: Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə sıx əlaqədardır

«Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarınının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə laiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə sıx əlaqədardır. Gənclər siyasətinin əsas istiqamətləri gənclər siyasəti haqqında qanunla belə müəyyənləşdirilib ki, gənclərin mənəvi əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gəncləri sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət qayğısı və gənclər təşkilatlarına dövlət yardımından ibarətdir.
«Bununla yanaşı, Azərbaycan gəncliyi 2005-2009 və 2011-2015 illər dövlət proqramlarını, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasını xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatlarına qrant ayırmaqla yanaşı, dünyada yeganə olaraq fərdi gənclərə də layihələrini həyata keçirməyə vəsait ayırır. Bütün bunlar Azərbaycan dövlətinin Azərbaycan gəncinə qayğısıdır»- deyə, deputat qeyd edib.

yap.org.az