Erməni sosioloq: "Ermənistan əhalisinin 45%-i yoxsulluq şəraitində yaşayır"

Ermənistan əhalisinin 45%-i yoxsulluq astanasında, 10%-i isə tam yoxsulluq şəraitində yaşayır.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Sotsiometr” sosioloji tədqiqatlar mərkəzinin direktoru Aqaron Adibekyan söyləyib.“Biz apardığımız araşdırmalardan sonra bu qənaətə gəldik ki, məktəblilərin çoxunun dərsə gəlməmələrinin əsas səbəbi ayaqqabılarının və isti geyimlərinin olmamasıdır. Beləliklə, yoxsulluq gələcək nəsli formalaşdırır,” – deyə o bildirib.Sosioloqun sözlərinə görə, ermənilərin əksəriyyəti öz gəlirlərinin böyük hissəsini qidaya xərcləyir:“Ermənistanda hər üçüncü şəxs ancaq cüzi maaşa çalışır. Yalnız 18% insanın başqa gəlir mənbəyi var. Aldığı müavinətlərlə əhalinin 29%-i yaşayır”.

sia.az