Azərbaycanda BMT həftəsi keçiriləcək.

SİA BMT-nin Azərbaycandakı ofisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəfdaşlığın 25 illiyi münasibətilə ölkədə bir sıra tədbirlər keçiriləcək.Belə ki, oktyabrın 24-də Bakıda Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı arasında tərəfdaşlığın 25 illiyinə həsr olunmuş kitabın təqdimatı keçiriləcək. Kitabda 1992-ci ildən 2017-ci ilə qədər əməkdaşlığın əsas mərhələləri haqqında məlumatlar, həmçinin arxiv fotoşəkilləri yer alıb. Elə həmin gün Bakıda müvafiq mövzuda fotosərgi təşkil olunacaq.Bundan əlavə, həm Bakıda, həm də bölgələrdə bir sıra ali təhsil müəssisələrində Azərbaycan və BMT arasındakı əməkdaşlığa həsr olunmuş mühazirələr və məlumat sessiyaları təşkil olunacaq. Tədbirlər "ADA" Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Dövlət Universitetində, Gəncə Dövlət Aqrar Universitetində və s keçiriləcək.

sia.az