Siyasət

  • 4 885

Akademik Akif Əlizadə: Ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır

image

Hazırda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq innovativ və müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır. “Millers Oils Azerbaijan” MMC-nin təsis edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu sahədəki fəaliyyətində növbəti addımdır.

Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bakıda “Millers Oils Azerbaijan” MMC-nin istehsal kompleksinin açılış mərasimində deyib.
AMEA-nın rəhbəri “Millers Oils Ltd” şirkəti ilə əlaqələri yüksək dəyərləndirib, birgə əməkdaşlığın tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Qeyd edək ki, “Millers Oils Azerbaijan” MMC-nin istehsal kompleksi AMEA və Böyük Britaniyanın “Millers Oils Ltd” şirkəti tərəfindən təsis edilib.

yap.org.az

Digər xəbərlər