Deputat: “Prezident BMT qətnamələrinin yerinə yetirilməsini tələb etdi” MÜNASİBƏT

“Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Azərbaycanın torpaq bütünlüyünü bütün dünyanın tanıdığını vurğulayaraq, işğalçı Ermənistandan BMT Təhlükəsizlik Şursının Dağlıq Qarabağla bağlı qətnamələrini yerinə yetirməyi tələb etdi”. SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, dövlət başçımız bu gün NATO-nun Şimali Atlantika Şurasının toplantısına da qatılaraq bu quruma üzv olan 29 ölkənin təmsilçisi qarşısında etdiyi çıxışında Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki ədalətli mövqeyini, ədalətli olduğu qədər də qətiyyətli şəkildə onların diqqətinə çatdırıb: “Cənab İlham Əliyevin Avropa Birliyinin “Şərq tərəfdaşlığı” Proqramının növbəti sammiti öncəsi NATO-nun baş katibi ilə görüşməsi, Şimali Atlantika Şurasının toplantısına qatılması, orada Əfqanıstanda xidmət edəcək hərbiçilərimizin sayının artırılacağını açıqlaması, nəqliyyat təhlükəsizliyi məsələsini qabartması, Əfqanıstana daşınacaq yüklər üçün ən əlverilişli marşrutun Bakı-Tiflis-Qars dəmir yolu xəttinin olmasını deməsi fikrimcə, bizim üçün mühüm, regionda marağı olan və açıq "hay" təəssübkeşliyi edənlər üçünsə düşündürücü addımlardır”.

sia.az