Siyasət

  • 4 236

Ziyafət Əsgərov: "Silahlı qüvvələrlə bağlı yeni qanunun qəbuluna ehtiyac var"

image

“Hazırda qüvvədə olan “Silahlı Qüvvələr haqqında” qanun 1991-ci ilin oktyabr ayının 9-da qəbul edilib. Bu, həcmcə kiçik bir qanundur. O dövr üçün Silahlı Qüvvələrinin hüquq statusunu tənzimləmək baxımından lazımlı qanun idi. Nəzərə alaq ki, biz 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. İlk konstitusiyanın qəbul edildikdən sonra çoxlu sayda hərbi qanunvercilik aktları qəbul etmişik”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Ziyafət Əsgərov deyib.O xatırladıb ki, ötən il sentyabr ayının 26-da Konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib: “Konstitusiyanın təsbit olunmuş 9-cu maddəsinin mətnində dəyişiklik edilib. Hal-hazırda qüvvədə olan qanunda söhbət Silahlı Qüvvələrdən getsə də, əslində söhbət ordunun statusundan gedirdi. Diqqət etsəniz Quru Qoşunları, Hava Hücumundan Müdafiə Qoşunları və Dəniz qoşunlarından söhbət gedirdi. Yeni qanun layihəsində isə Silahlı Qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Bu yeniliyi etdiyimizə görə, qüvvədə olan qanun konsepsiyası dəyişir, yeni qanun meydana gəlməsinə ehtiyac yaranırdı. Yeni qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarəolunması və hərbi quruculuq məsələlərini nəzərdə tutur. Qanun layihəsi 5 fəsildən ibarətdir. Bu qanun layihəsində ilk dəfə olaraq Azərbaycan Respubliaksı Silahlı Qüvvələrin, ordunun anlayışı verilir. Digər qoşun birləşmələrinin anlayışı verilir. Bu qanun layihəsi hazırlanarkən 2010-cu ilin 8 iyun tarixli Milli Məclisin qərarı ilə təsdiq edilmiş Hərbi doktrinası və cənab Prezidnetin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhlükəsizlik Konsepsiyasının müddəaları əsas götürülüb. Hər üç normativ sənəd bir məqsədə xidmət edir. Bu qanun layihəsi çərçivə qanunu olduğu üçün gələcəkdə bu qanunda çıxış edərək digər qanunlarımız da hazırlanacaq”.

sia.az

Digər xəbərlər