Siyasət

  • 4 771

Almaniyada Xocalı soyqırımına həsr olunan simpozium keçiriləcək

image

Fevralın 22-də Almaniya Bundestaqında Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş simpozium keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədi Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.
Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub. Toplantıda Xocalı soyqırımı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq.
Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.
Səfər fevralın 25-də başa çatacaq.

sia.az

Digər xəbərlər