Daşkəsəndə imzatoplama kampaniyasında yüksək fəallıq müşahidə olunur

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyevin imza toplama kampaniyasına Daşkəsən rayonunda da start verilib.Yeni Azərbaycna Partiyasının Daşkəsən rayon təşkilatında yaradılan seçki qərargahının üzvləri və fəal gənclər imzatoplama kampaniyasında yüksək aktivlik nümayiş etdirərək Daşkəsən qəsəbəsində, Bayan, Quşçu, Kəmərqaya, Xoşbulaq, Qaraqullar, Qabaqtəpə kəndlərində müvafiq sayda imza toplayıblar. Ruh yüksəkliyi və mütəşəkkillik şəraitində aparılan kampaniyaya rayon seçiciləri böyük maraq göstərirlər.

yap.org.az