Siyasət

  • 4 165

"Liderlik məktəbi" layihəsi həyata keçirilib

image

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən "10-cu Qış liderlik məktəbi" layihəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) yeddi tələbəsi iştirak edib.Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin 1 və 2-ci kurs tələbələrinin qatıldığı altı günlük layihə Yubiley - "Liderlik məktəbi" adı altında həyata keçirilib.Qeyd edək ki, layihədə iştirak etmək üçün 2000-ə yaxın tələbə müraciət edib və onlardan 150-si xüsusi seçim yolu ilə düşərgədə iştirak hüququ qazanıblar. Layihə çərçivəsində tələbələrin dövlət xadimləri, Milli Məclisin deputatları ilə görüşləri təşkil olunub, onlara komanda işi, liderlik, media, layihələrin yazılması və başqa mövzularda təlimlər keçirilib. Bundan əlavə, gənclər sosial gecələrdə komanda şəklində fəaliyyətlərini nümayiş etdiriblər.

sia.az

Digər xəbərlər