Siyasət

  • 4 416

"Hesabatda informasiya əldə etməklə bağlı məlumatların yer almaması təəssüfləndiricidir"

image

“Ombdusmanın hesabatında bu qurumun ümümi fəaliyyəti dolğun əks olunub. Məruzədə bir sıra məsələlər öz əksini tapıb”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzəsinin müzakirəsi zaman deyib.bu fikirləri Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.Ə.Amaşov qeyd edib ki, hesabatda informasiya əldə etməklə bağlı məlumatların yer almaması təəssüfləndiricidir: “Hesabatda müvəkkilin informasiya əldə etməklə bağlı bölmə yoxdur. Bununla bağlı umumi xarakterli köhnə məlumatlar yer alıb”.O bildirib ki, dövlət bu istiqamətdəki proseslərə böyük önəm və dəstək verib: “Belə olan halda Müvəkkilin “İnformasiya əldə etmək haqqında” qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Neçə ildir ki, hesabatda Ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşdirilməsi məqsədilə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Bu məsələ ciddi şəkildə öyrənilməlidir. Burada maraqlı olmayanların kimliyini bilməliyik. Milli Məclis səviyyəsində də bu məsələyə münasibət bildirilməlidir”.

sia.az

Digər xəbərlər