Siyasət

  • 3 855

Musa Qasımlı: “Səfər qarşılıqlı münasibətlərdə yeni imkanlar açacaq” ÖZƏL-ŞƏRH

image

“Azərbaycan və Tacikistan Respublikaları arasındakı münasibətləri bir sıra amillər şərtləndirir”. Bunu SİA-ya açıqlamasında AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, ilk növbədə ölkələrimiz uzun illər boyu ümumi Sovet sistemində mövcud olublar və müttəffiq respublikalar kimi qarşılıqlı münasibətləri həyata keçirilib: “Dövlət müstəqilliyi bərpa edildikdən sonra Tacikistanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri Azərbaycan Respublikası olub. Münasibətlərimizin tarixi, siyasi, iqtisadi və mədəni kürsüləri var. Digər tərəfdən ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Tacikistan ilə münasibətlər böyük inkişaf yolu keçib, perspektivləri və potensialı var. Bu səfər qarşılıqlı münasibətlərdə yeni imkanlar açacaq”.Qeyd edək ki, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

sia.az

Digər xəbərlər